Ordu.az xəbər verir ki, düşmən tərəfindən işğal olunmuş Ağdərədə yaşayış məntəqəsində odlu silahla törədilən cinayət hadisəsi ilə bağlı istintaq aparılarkən prokurorluğun müstəntiqi maraqlı fakt aşkar edib.
Aydın olub ki, cinayətdə istifadə olunan silah yaxınlıqdakı hərbi hissəyə məxsusdur.
Qarnizon hərbi prokurorluğunun Karen adlı müstəntiqinin sözlərinə görə, bəzi əmlakın oğrulanması faktını ört basdır etməyi bacarsa da, bir ədəd tapançanın və bir ədəd “Kalaşnikov” markalı avtomatın anbardan yoxa çıxması ilə bağlı əlavə cinayət işi açmağa məcbur olub.
Ordu.az