Tarasovdan Paşinyana sərt sözlər: “Bu halda müharibə baş verə bilərdi”

2019/05/raket-1557821048.jpg
Oxunub: 1376     14:02     14 May 2019    
“Bakı və İrəvan bölgədə təhdid hiss edərsə, Dağlıq Qarabağ məsələsindəki vəziyyət yerindən tərpənə bilər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri rus ekspert Stanislav Tarasov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə, cəbhə xəttində vəziyyətin dəyişməsinə və Vyana razılaşmalarının icrasına münasibət bildirərkən bildirib.

O qeyd edib ki, danışıqlar gizli xarakter daşısa da, onun böyük bir qismi səsləndirilməlidir.

“Ümid edilirdi ki, inqilabçı, Ermənistan Baş naziri Paşinyan daha açıq fəaliyyət göstərəcək. Lakin məlum olur ki, Paşinyan daha çox bəyanatlar verir, lakin heç bir konkret iş görmür. O, Qarabağın (qondarma qurum-red.) iştirakını tələb etsə də, əvvəlki formatda iş görür. Əgər Paşinyan desəydi ki, Qarabağsız danışıqlar aparmır, bu başqa məsələ olardı. Lakin bu halda da müharibə baş verə bilərdi. Azərbaycan Paşinyandan güzəştlər əldə edilməsinə ümid edirdi, lakin Paşinyan güzəştlərə getmir. Humanitar razılaşmalar, atılan ağıllı addımlardır. Lakin bunlar digər fəaliyyətlərlə yanaşı həyata keçirilməli idi”, - deyə Tarasov vurğulayıb.

Onun sözlərinə görə, informasiya müharibəsində işlək addımlar atılsa da, xalqlar müstəvisində əlverişli mühit görünmür.

“İnformasiya müharibəsi davam edir. Danışıqlar dalana dirənib. Yeni təkliflər yoxdur, danışıqların bundan sonra necə davam edəcəyini demək çətindir. Bakı və İrəvan bölgədə geosiyasi dəyişikliklər baxımından təhdid hiss edərsə, Dağlıq Qarabağ məsələsindəki vəziyyət yerindən tərpənə bilər. Burada isə belə bir təhdid var. Cənubda İran tərəfindən amerikalılar halqanı daraldır və orada baş verən daxili çalxalanma bölgəni də təsir altına ala bilər. Bu halda tərəflər münaqişə zonasında güzəştlərə getməyə məcbur ola bilərlər”, - deyə Tarasov fikirlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Tarasovdan Paşinyana sərt sözlər: “Bu halda müharibə baş verə bilərdi”

2019/05/raket-1557821048.jpg
Oxunub: 1377     14:02     14 May 2019    