Ordu.az xəbər verir ki, bu barədə Nikol Paşinyan “Azadlıq” agentliyinə açıqlamasında bildirib.
"Bu gün Azərbaycan prezidenti ilə danışdınızmı?" sualına Paşinyan “Bəli, bir balaca, cari vəziyyət haqqında söhbət etdik”, deyə cavab verib.
Paşinyan, görüşün yenidən baş tutması üçün hələlik proqram olmadığını, lakin danışıqlar prosesinin davam etdiriləcəyinə əmin olduğunu qeyd edib.
Qondarma qurumun danışıqlar masasında iştirakı məsələsinə də geniş toxunan Paşinyan, bunun baş verməyəcəyi təqdirdə münaqişənin həllinə nail olmağın mümkün olmayacağını bildirib.
Xatırladaq ki, prezident İlham Əliyev Brüsseldə Avropa Şurası sədri Donald Tuskun adından verilən rəsmi ziyafətdə iştirak edib. Həmin ziyafətdə Nikol Paşinyan da iştirak edib.
Alpər Mövludoğlu
Ordu.az