“Qarabağla bağlı “Qobl layihəsi”ni qəbuledilməz kimi dəyərləndirirəm” – Köçəryan

2019/05/Andra-1557753324.jpg
Oxunub: 585     17:43     13 May 2019    
“Bu prosesdən Karen Dəmirçyanla Vazgen Sarkisyan nə dərəcədə məlumatlı olublar, bu barədə çox açıqlamalar olub və hesab edirəm ki, bir gün gələcək, Meğri ilə bağlı Vazgen Sarkisyanın son qeydləri əlçatan olacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Mənim Adımım” fraksiyasını təmsil edən deputat, Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Daimi Komissiyanın sədri Andranik Köçəryan Ermənistan parlamentində keçirdiyi mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bunu danışan vəzifəli şəxsin dedikləri şübhə altına alınmamalıdır.

“Meğrinin mübadiləsi barədə elə bir vəzifəli şəxs danışıb ki, onun dedikləri şübhə altına alınmamalıdır. O, sabiq Müdafiə naziri Vağarşak Harutyunyandır.

Bu prosesdən Karen Dəmirçyanla Vazgen Sarkisyan nə dərəcədə məlumatlı olublar, bu barədə çox açıqlamalar olub və hesab edirəm ki, bir gün gələcək, Meğri ilə bağlı Vazgen Sarkisyanın son qeydləri əlçatan olacaq. Əgər Robert Köçəryan tərəfindən Meğri müzakirə mövzusuna çevrilibsə, həmin dövrdə bu mövzuya qayıtmaq, istər “Qobl layihəsi” olsun, istərsə başqa bir çərçivədə olsun bunu qəbuledilməz kimi dəyərləndirirəm.

Çünki bu Ermənistanın xarici sərhədlərinə aid olan məsələdir və bizim ümumi böyük sistem içərisində ümumiyyətlə müzakirə mövzusu ola bilməzdi. Lakin müzakirə edildiyini Vağarşak Harutyunyan qeyd edir və faktlar göstərir”, - deyə Köçəryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Meğri   Qarabağ  

“Qarabağla bağlı “Qobl layihəsi”ni qəbuledilməz kimi dəyərləndirirəm” – Köçəryan

2019/05/Andra-1557753324.jpg
Oxunub: 586     17:43     13 May 2019    