Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan Şuşanın işğalı ilə əlaqədar nəvəsi və döyüş yoldaşlarının müşayiəti ilə Xankəndindəki kompleksə gələrək televiziya əməkdaşının suallarını cavablandırıb.
O bildirib ki, uğursuzluq halında erməni qüvvələri məğlubiyyətin tam astanasında qala bilərdi.
“Elə bu səbəbdən uzun müzakirələr aparılıb və Şuşa əməliyyatının hazırlanması həmin dövrədək 2 dəfə təxirə salınıb. Şuşa əməliyyatının komandiri Arkadi Ter-Tadevosyanın olduğunu demək lazımdır. Uzun müzakirələrdən sonra Şuşaya 4 istiqamətdən hücum edilməli olduğu barədə qərar qəbul edildi. Bu istiqamətlərdən birinə Valeri Çiçyan, ondan sağa Seyran Ohanyan, sola Arkadi Karapetyan və arxa istiqamət Laçın tərəfdən Samvel Babayan rəhbərlik edirdilər. Köçəryana və Vazgen Sarkisyana hesabat verən ümumi cavabdeh mən idim.
Lakin bununla yanaşı Şuşa əməliyyatının uğurlu olması amillərindən biri də bundan 3 ay öncə azərbaycanlıların Daşaltıya hücum təşkil etməsi olub. Bu hadisədən sonra Azərbaycanda bir sıra istefalar, məhkəmə prosesləri və cəzaların verilməsi prosesi baş tutub. Həmin dövrdə Azərbaycan daxili çaxnaşma vardı. Etiraf edək ki, məhz bu məqam bizim üçün olduqca əlverişli olub”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az