“İravunk”: Paşinyan “Madrid prinsipləri”ndən imtina edir

2019/05/00-52-1557473364.jpg
Oxunub: 5529     15:28     10 May 2019    
“Konkret sənəd yoxdur deyilməsi isə o deməkdir ki, nəyinsə əsasında sənəd hazırlanması üçün texniki məsələ olan əsas prinsiplər də yoxdur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, dünən, Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat konfransında verilən açıqlamaların bir hissəsinə yumorla yanaşmaq olar. Lakin işğal altında olan Qarabağla bağlı edilən açıqlamalarda erməniləri həyəcanlandıracaq bir sıra bəyanatlar olub.

Beləliklə, “Mənim Adımım” fraksiyasının deputatı Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komissiyasının sədr müavini Hovhanes İgidyan, son vaxtlar bəyan edib ki, Minsk qrupu çərçivəsində müqavilə imzlanması mümkün ola bilər.

Paşinyan isə mətbuat konfransında Ermənistanın xarici siyasətində müəyyən rəsmi mövqeyə malik deputatını səhv çıxararaq bəyan edib ki, Qarabağ məsələsinin nizamlanmasında konkret sənədlə bağlı hər hansı bir söhbət, aparılan iş yoxdur.

“Konkret sənəd yoxdur deyilməsi isə o deməkdir ki, nəyinsə əsasında sənəd hazırlanması üçün texniki məsələ olan əsas prinsiplər də yoxdur. Sanki, hətta bu prinsiplər də yoxdur, deyə Paşinyan məhz bu fikirdə olduğunu bəyan etdi”, - deyə qəzetin məlumatında qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin