Ordu.az xarici KİV-lərə istinadən xəbər veri ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransı çərçivəsində Paşinyan, 168.am saytının əməkdaşının “Gündəmdə yeni sənədin imzalanması məsələsi varmı, hansı formatda olacaq və konkret addımlar atılıbmı?” sualına cavab olaraq bildirib.
Belə bir iddia ilə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədr müavini, “Mənim Adımım” fraksiyasının deputatı Hovhanes İgidyan çıxış edib. O, Qarabağ münaqişəsi ilə bağlı yeni sənədin imzalana biləcəyi perespektivini istisna etmədiyini bildirib.
Paşinyan qeyd edib ki, İgidyanın bəyanatından xəbəri olmasa da, o, bu bəyanatı verərkən mövcud format çərçivəsində nizamlama prosesini mümkün hesab etdiyini nəzərdə tutub.
“Biz hamımız bunu mümkün hesab edirik, buna görə də danışıqlar aparırıq. Qarabağ münaqişəsinin nizamlanması üzrə yeganə format kimi ATƏT-in Minsk qrupu həmsədlərinin formatını hesab edirəm. Bu formatda danışıqlar aparılırsa, deməli təbii olaraq, məsələnin həlli də mümkündür. Hər hansı bir konkret sənəd barədə söhbət yoxdur, belə bir iş aparılmır.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gizlinlərimin olmayacağını dəfələrlə bəyan etmişəm. Əgər məndən asılı olsaydı, danışıqlar prosesinin “Facebook” səhifəsində canlı yayımlanmasını üstün tutardım, lakin bunun mümkün olmadığını başa düşürəm və Qarabağ məsələsində sirlərinin olmasına inanmıram”, - deyə Paşinyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az