Müstəntiq erməni hərbçiləri şantaj edir

2019/05/23423-1557137273.jpg
Oxunub: 13338     15:06     06 May 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində növbəti hadisə törədilib.

Ordu.az xəbər verir ki, döyüş postunda baş verən hadisəni araşdırmaq məqsədilə hərbi polisin müstəntiqi ora ezam olunub. O əsgərləri blindaja çağırıb və post başçısına törədilmiş hadisəni ört-basdır etmək və guya onlara kömək etmək üçün öz aralarında razılığa gəlmələrini bildirib. Bundan sonra müstəntiq siqaret çəkmək adı ilə blindajı tərk edib. Tərk etməzdən qabaq qovluğundakı diktafonu işə salaraq orada olan söhbətin gizli yazısını qeydə alıb.

Post başçısı R.Sahakyan isə əsgərlərdən birini dilə tutaraq “işi” boynuna götürməyini istəyib. Sonra müstəntiq səs yazısı ilə hərbi qulluqçuları şantaj edərək onlardan külli miqdarda pul tələb edib.

Bu barədə adı çəkilən hadisədə iştirak edən və valideynlərindən pul taparaq onu qurtarmağa imdad istəyən əsgər danışıb. Pul tapa bilməyən valideynlər faktla bağlı təcili tədbir görülməsi məqsədilə sosial şəbəkə üzərindən Ermənistan müdafiə nazirliyinə müraciət ünvanlayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Şantaj  


Bizi "telegram"da izləyin