Erməni zabit cinayət törətsə də xidmətdə saxlanılıb

2019/05/56545-1557137114.jpg
Oxunub: 4654     14:04     06 May 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində cinayət törətmiş zabitlərin xidmət etməsi düşmən ordusunun reallığıdır.

Ordu.az xəbər verir ki, şəxsi heyət çatışmazlığı səbəbindən işğalçı ordu rəhbərliyi hətta cinayət törətmiş hərbi qulluqçuları belə tərxis etmir, onların xidmət yerlərini dəyişməklə kifayətlənir.

Bu günlərdə hərbi hissənin snayper taqımına leytenant A.Davtyan adlı zabit təyin edilib. Komandir onun şəxsi işi ilə tanış olduqda zabitin əvvəl cinayət törətdiyinə görə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edildiyinin şahidi olub. Sonradan isə yüksək çinli məmur qohumunun səyi nəticəsində bu zabitə şərti iş kəsilərək onun xidmət yeri ön xətt bölmələrindən birinə dəyişdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Zorakılıq   Cinayət  


Bizi "telegram"da izləyin