Yaralanan erməni hərbi qulluqçu barədə yeni məlumatlar ortaya çıxıb – DETALLAR

2019/05/17087-1557123163.jpg
Oxunub: 4528     10:15     06 May 2019    
“Qarabağda yaralanmış və ağır vəziyyətdə hospitala təxliyyə edilən hərbi qulluqçunun valideynləri hazırda Rusiya Federasiyasındadır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər veri ki, bu barədə Şirak vilayətinin Voğçi kənd icra bümayəndəsi Norik Mkrtçyan bildirib.

“Yaralanan erməni hərbi qulluqçu Ermənistanın Şirak vilayətinin Voğçi kənd sakinidir. O, valideynləri ilə birgə Moskvada yaşayırdı. Keçən il xüsusi olaraq, hərbi xidmətə getmək üçün geri qayıtmışdı. Hazırda da valideynləri Rusiyada yaşayır”- deyə kənd icra nümayəndəsi qeyd edib.

Mkrtçyanın sözlərinə görə, onların ailəsi 10 ildən çoxdur ki, Rusiya Federasiyasına gediblər, lakin orta məktəbi kənddə bitiriblər: “Yaralanan hərbi qulluqçu 1 il 4 aydır ki, hərbi xidmətdədir. Hazırda kənddə yaralı hərbi qulluqçunun baba və nənəsi, həmçinin əmisi yaşayır”.

Məlumata görə, yaralı hərbi qulluqçu dərhal hospitala təxliyyə edilib, onun vəziyyəti olduqca ağırdır.

Qeyd edək ki, 2019-cu il mayın 4-ü saat 16:05 radələrində işğal altında olan Qarabağın cənub şərq istiqamətində qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrindən birində müddətli xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü, Aqanik Qarniki Zoroqlyan, cəbhədə atəşkəsi pozmaqla təxribat törətməyə cəhd edərkən açılan odlu silah atəşi nəticəsində baş nahiyyəsindən yaralanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Təxribat   Yaralı  


Bizi "telegram"da izləyin