Rusiyalı ekspert: “Qarabağda müharibənin bərpası təhlükəsi istisna edilmir”

2019/05/56756-1556882290.jpg
Oxunub: 9527     15:17     03 May 2019    
“Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar prosesinin hazırkı fəallığı daha bir neçə ay davam edəcək”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə MDB ölkələri üzrə institutun direktor müavini Vladimir Yevseyev Vaşinqtonda keçirilməsi nəzərdə tutulan Məmmədyarov-Mnatsakanyan görüşünün ehtimal olunan gündəliyi və nəticələrini şərh edərkən bildirib.


Onun sözlərinə görə, qarşıdakı görüşlərdə nizamlama üzrə ciddi irəliləyişlər gözlənilmir.

“Nazirlər görüşəcək, əlaqələri ən yüksək səviyyədə davam etdirəcəklər. Lakin tərəflər güzəştlərə hazır olmadığına görə, bu, ciddi nəticələrə gətirib çıxarmayacaq, danışıqlar prosesində vəziyyəti uzatmağa davam edəcəklər”, - deyə Yevseyev qeyd edib.

Rusiyalı ekspert bildirib ki, danışıqlar prosesindəki bu fəallıq daha bir neçə ay davam etsə belə, müharibənin bərpası təhlükəsi istisna edilmir.

“Vasitəçilərin heç birinin müstəqil nizamlama proqramına malik olmadığından, bu və ya digər bir mərhələdə vasitəçidən biri digər vasitəçilərin razılığı ilə təşəbbüs göstərdiyi üçün tərəflərin harda görüşdüyü vacib deyil. Beləliklə, Moskva və ya Vaşinqton olması da vacib deyil. Vasitəçilər üçün danışıqların hazırkı intensivliyinin davam etdirilməsi vacibdir" - deyə o əlavə edib.

Xatırladaq ki, ötən gün ABŞ-ın Azərbaycandakı səfiri Uilyam Gill bəyan edib ki, Vaşinqton Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərini qəbul etməyə hazırdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin