"Nə qədər güclü mövqe nümayiş etdirsək ismarıclarımız da güclü olacaq" - Məmmədyarov

2019/05/40623-1556873758.jpg
Oxunub: 15354     12:08     03 May 2019    
"Ancaq onların diasporu belə ölkənin gələcəyinə inanmır. Əsas ismarıc açıq şəkildə çatdırılmalıdır. Nə qədər güclü mövqe nümayiş etdirsək ismarıclarımız da güclü olacaq".

Ordu.az xəbər verir ki, bunu Azərbaycannın Xarici İşlər naziri Elmar Məmmədyarov V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" sessiyasında çıxışı zamanı deyib.

XİN başçısı vurğulayıb ki, sülhdən yaxşı heç nə yoxdur: "Çoxtərəfli prinsipə ehtiyacımız var və bunun ətrafında fikirlər yürüdərək nələrəsə nail ola bilərik. Ermənilərlə danışıqlarda iştirak edən tərəf kimi rahat şəkildə deyə bilirik ki, münaqişələr 30 ilə yaxındır hökm sürür. Münaqişə müsbət və davamlı inkişafı təmin edə bilməz. Ermənistanda bu gün böyük miqrasiya dalğaları var. Ölkədə hökm sürən yoxsulluq insanların ölkənin gələcəyinə inanmaması onların dövləti tərk etməsinə gətirib çıxarır".

Daha sonra Məmmədyarov təyyardə olarkən erməni jurnalistlə söhbətinə diqqət çəkib.

"Təyyarədə olarkən erməni mətbuatı ilə fikir mübadiləsi apardım. Onlara sual verdikdə dedilər ki, diaspor bizə kömək edir. Ancaq onların diasporu belə ölkənin gələcəyinə inanmır. Əsas ismarıc açıq şəkildə çatdırılmalıdır. Nə qədər güclü mövqe nümayiş etdirsək ismarıclarımız da güclü olacaq", - deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin