ISESCO: Beynəlxalq birlik Qarabağ məsələsində ədalətsiz mövqe tutur

2019/05/trend-1556794405.jpg
Oxunub: 4958     15:52     02 May 2019    
"Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanın ən nüfuzlu tədbirlərindən biridir".

Bunu forumda çıxışı zamanı ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri deyib.

O, indiki dövrdə dünya liderlərinin siyasi iradə göstərməsinin vacibliyini diqqətə çatdırıb, bu baxımdan Prezident İlham Əliyevin nümunəvi mövqe nümayiş etdirdiyini xüsusi vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin ədalətsiz mövqe tutduğunu, bunun yolverilməz olduğunu deyən Əbdüləziz Osman əl-Tuveycri dünyanı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına dəstək verməyə çağırıb və Forumun işinə uğurlar arzulayıb. (Azvision)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   ISESCO  


Bizi "telegram"da izləyin