“Növbəti addımlarda yüksək səviyyəli rəhbərlərin görüşü olacaq” - Mnatsakanyan

2019/04/15564-1556614082.jpg
Oxunub: 12160     12:54     30 Aprel 2019    
Ötən gün Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan jurnalistlərlə Vətəndaş gününə həsr edilmiş görüş keçirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, verdiyi açıqlamalarda Xarici İşlər nazirlərinin və ölkə rəhbərlərinin görüşünə dair bir sıra sualları cavablandırıb.

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüşünə toxunan Mnatsakanyan qeyd edib ki, görüş baş tutmalıdır, çünki proses davam etməlidir.

“Müxtəlif səviyyələrdə görüşlər baş tutur. Növbəti görüşün necə harada olacağına dair müzakirələr aparılır. Lakin dəvət edən tərəf vaxtı və yeri müəyyən etməlidir”, - deyə Mnatsakanyan bildirib.

Əliyevlə Paşinyan arasında görüş gözlənilirmi, deyə verilən suala Mnatsakanyan 29 mart tarixində görüş baş tutduğunu, razılaşmalar əldə edildiyini və bunun əsasında Moskvada XİN rəhbərləri arasında görüş keçirildiyini, yeni görüş haqqında hələ danışmağın lazım olmadığını qeyd edib.

“Hazırda razılaşmalar əsasında növbəti addımları planlaşdırmaq vacibdir. Əlbəttə, əgər bu sülh prosesidirsə növbəti atılan addımların hər hansı məqamında yüksək səviyyəli rəhbərlər arasında da görüş olmalıdır”, - deyə o əlavə edib.

KTMT əsasnaməsində dəyişikliklər edilməsi barədə Ermənistanın təklifinə gəldikdə isə o, əsasnaməyə hər hansı dəyişiklik təklif edilmədiyini və dəyişdirilməyəcəyini ifadə edib.

Zöhrab Mnatsakanyan, əsir və girovlarla bağlı razılaşmada hər hansı irəliləyiş olmasına dair sualı cavablandırarkən qeyd edib ki, hələlik birlikdə işləmək lazımdır, hər hansı irəliləyiş barədə danışmaq isə hələ tezdir.

Bu il Putinin Ermənistana səfər edib-etməyəcəyi ilə bağlı suala cavabında erməni nazir, belə bir səfərin gözlənildiyini söyləyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ   İşğal   Mnatsakanyan  


Bizi "telegram"da izləyin