Ordu.az erməni KİV-lərinə istinhadən xəbər verir ki, bu barədə işğal altında olan Qarabağda qanunsuz formalaşdırılmış hərbi birləşmənin sabiq “komandiri” Samvel Babayan bildirib.
Müsahibəsində Qarabağ müharibəsi illərinə toxunan Babayan bir sıra vacib məlumatları açıqlayıb.
İlk öncə seperatçı olaraq həbs edildiyini xatırlayan Babayan, hökumət binasından çıxıb maşına minərkən rus qoşunlarının artıq maşının yanında dayandığını və onu Bakıya apardıqlarını bildirib: “Onlar şəxsən məni tanımasa da, maşının nömrəsinə görə hərəkətə keçmişdilər. Həbs edilərək, öncə Şuşaya, oradan da Bakıya aparıldım”.
Babayan, daha sonra Baş Prokurorun müavininin Qarabağa hansısa yoxlamaya gəlməsini, onun həbs edilməsini və nəticədə daha sonra dəyişdirildiyini qeyd edir. O, danışıqların Robert Koçaryan tərəfindən aparıldığını, dəyişdirilərkən qarşı tərəfdən onun Samvel Babayan olduğunu bilsələr də, hansı rola sahib olduğunu bilmədiklərini qeyd edib.
“Əgər bilsəydilər, verməzdilər. Sovet höküməti sentyabr-oktyabr aylarında dağılmışdı, nə istəslər edə bilərdilər”, - deyə o vurğulayıb.
Kəlbəcərin işğalı ilə bağlı müəyyən detallara toxunan Babayan qeyd edir ki, ilk öncə əməliyyatı müzakirə edərkən, generallar Dəlibaltayan, Andreasyan, Vazgen Manukyan təcili gəliblər.
“Müzakirə zamanı dedilər ki, əgər sən əməliyyatı belə həyata keçirərsənsə, Azərbaycan Laçın keçid açmaqla Qubadlıya birləşə bilərlər. Onda generallara dedim ki, belə bir şey olmayacağına əminəm...” - deyə o əlavə edib.
O, Kəlbəcər hadisələri barədə bir sıra maraqlı faktların, şahidlərin və reaksiyaların olduğunu qeyd edir. Babayan, Levon Ter-Petrosyanın Qarabağ erməniləri ilə görüşdüyünü və Kəlbəcəri geri qaytarmağa razı salmağa çalışdığını qeyd edir. Kəlbəcərin geri qaytarılmayacağına əmin olduğunu və buna necə nail olduğunu Babayan belə izah edir: “Bu deyilən fikirlərin əks olunduğu faktlar mövcud idi. Hətta 2 günlük un ehtiyatı var idi və bundan sonra ağır günlər başalayacağı barədə fikirlər yayılmışdı. Həmin görüşdə Ermənistan prezidentini dəstəkləyənlər də var idi. Bu razılaşmaya razı idim, lakin Levon Ter-Petrosyanın bizi tank, mərmi, texnika ilə təmin edəcəyinə dair bu razılaşmaya imza atmasını şərt qoydum. Daha sonra sənəd tərtib edildiyi və imzalandı. Bu razılaşmanın icrası üçün 2 ay vaxt razlaşdırlmışdı. 2 ay ərzində məlum oldu ki, heç bir təminat olmayacaq. Çünki elə bir tələb qoyulmuşdu ki, bunun təmin edilməsi mümkün deyildi. Çünki əgər bu texnika və sursat təmin edilsəydi, daha torpaq qaytarmaq nə lazım idi. Beləliklə Ağdərə və Ağdam uğrunda hücumlar başlanıldı. Kəlbəcər mövzusu unuduldu və Ağdam ətrafında danışıqlara başlanıldı”.
Son dönəmlərdə torpaq qaytarılması barədə çox danışılması haqqında danışan Babayan qeyd edib ki, bu barədə heç vaxt danışılmayıb, müzakirə də aparılmayıb.
“Qeyd edilən prezident həmin dövrdə Ermənistanda deyil, Moskvada olub. Serj Sarkisyan 1993-cü il mayın 10-da Moskvaya getdi və avqustun 22-də qayıtdı. Həm də Ermənistanın dəvəti ilə Müdafiə nazirinin təyin edilməsi üçün geri çağırıldı. Ağdam Füzuli, Ağdərə istiqamətində gedən döyüşlərinə baxdıqda Sarkisyan Qarabağda yox, Moskvada olub”, - deyə o qeyd edib.
Babayan atmacalı şəkildə qeyd edir ki, bu gün Ermənistanda “Madrid prinsipləri” ətrafında danışıqlar aparanlar, həmin dövrdə zirzəmidə uşağından mürəbbə oğurlayanlardır.
Birinci prezidentin torpaq qaytarılmasından danışmasına toxunarkən Babayan qeyd edir ki, 1997-ci ildə Laçın qalmaqla digərlərinin qaytarılmasından söhbət gedərkən, bu təklifə qarşı olub.
“Petrosyanla şəxsən görüşüb, ona Laçın və Kəlbəcərin ümumiyyətlə danışıqlar mövzusu ola bilməyəcəyini bildirdim. Bu gün Petrosyan bunu inkar edə bilməz. Müharibə yoxsa, sülh mübahisələri başlayarkən, sülh tərəfdarı olmuşam. Yəni torpaqları qorumaqla sülhə getməyin tərəfdarıyam”, - deyə o söyləyib.
Alpər Mövludoğlu
Ordu.az