Paşinyan Qarabağdakı hərbi birləşmənin sabiq "komandiri"ndən üzr istəyib

2019/04/60730-1556350600.jpg
Oxunub: 10043     11:34     27 Aprel 2019    
Ermənistanın Baş naziri Nikol Paşinyan işğal altında olan Qarabağda qanunsuz olaraq formalaşdırılmış hərbi birləşmənin sabiq "komandiri" Levon Mnatsakanyanla görüş keçirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyanın göstərişi ilə "vəzifəsindən" azad edilən Levon Mnatsakanyan İrəvana dəvət edilib və ondan kobud ifadələrə görə üzr istənilib.

Paşinyan onun dostluğunu qazanmağa çalışmaqla, keçmiş hakimiyyət dövründə işlədiyi kimi fəaliyyətinə davam edəcəyinə ümidvar olduğunu bildirib.

Məlumata görə, Mnatsakanyanı böyük çətinliklə Qarabağdan gələrək, Paşinyanla görüşə razı salıblar. Görüş zamanı Paşinyan öz qərarını əsaslandırmağa və münasibətlər yaratmağa çalışıb.

Mnatsakanyan onunla əlaqə yaratmağa çalışan jurnalistlərə sərt bir şəkildə, bu, sizin işiniz deyil deyə cavab verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Mnatsakanyan  


Bizi "telegram"da izləyin