Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Qarabağın cənub istiqamətində dislokasiya olunan hərbi birləşmənin bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimlərin təşkili və gediaştını Qarabağdakı qanunsuz hərbi birləşmənin "komandiri" general-mayor Karen Abrahamyan, Ermənistan hərbi inspeksiyasının rəisi general-polkovnik Movses Hakopyan izləyib.
Bildirilir ki, təlimlərin məqsədi cəlb edilən şəxsi heyətin vərdişlərinin, müdafiə və hücum döyüşlərinin aparılması üçün müvafiq praktiki təcrübənin artırılmasından ibarət olub.
Təlimlərə tank və artilleriya bölmələri cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az