Ordu.az xəbər verir ki, Aram Qabucyan, Tiqran Sahakyan, V.Yeğikyan adlı hərbçilər soyuqdəymə və yüksək hərarət diaqnozu ilə Ağdərə hərbi hospitalına yerləşdiriblər.
Lakin müalicə müddəti bitdikdən sonra onlar xidmət yerlərinə qayıtmayıblar. Bu barədə hospitalın işçisi Gevond Tadevosyan məlumat verib.
Xəbərdə o da bildirilir ki, adı çəkilən hərbi qulluqçular bir neçə dəfə xidmətdən yayınmaq məqsədilə hərbi hissədən qaçıblar. Hərbi qulluqçuların xidmət yerinə qaytarılmaları üçün tədbirlər görülür.
Ordu.az