"Gedərsən və Qarabağ məsələsini bu cür həll edərsən" - Paşinyandan təxribatçı açıqlamalar

2019/04/18007-1555938818.jpg
Oxunub: 5251     17:12     22 Aprel 2019    
"Ermənistanın heç bir rəhbərinin Qarabağ məsələsini təkbaşına həll etməyə ixtiyarı yoxdur. Biz, millət və dövlət olaraq, Qarabağ məsələsinin həllini necə təsəvvür etdiyimizi aydın şəkildə müəyyənləşdirməliyik".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün İrəvan Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsində professor müəllim heyəti ilə görüşündə deyib.

Görüş zamanı Paşinyan, Qarabağ münaqişəsi ilə bağlı olduqca təxribatçı açıqlamalar verərək, əslində danışıqlarda erməni tərəfinin qeyri-konstruktiv mövqedə olduğunu etiraf edib.

"Bizdə bu mövzuda hələ ictimai müzakirələr olmayıb. Mən yeni baş nazir olarkən, sosial şəbəkələrdə kimsə, nəyisə sərf etdiklərini, digəri isə satdıqlarını yazırdı. Onlardan biri də yazırdı, elə indicə satıb qurtardılar.

Danışıqlara kim gedirsə, ardınca belə söhbətlər gedir. Çünki Qarabağ məsələsini həll etmək üçün məni göndərdiyiniz zaman, siz birdəfəlik mənə demirsiniz ki, gedərsən və Qarabağ məsələsini bu cür həll edərsən", - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, bu məsələdə ən mühüm olan Qarabağ münaqişəsinin nizamlanması üzrə milli ideyanın olmasıdır.

"20 ildən sonra Qarabağ məsələsi necə olmalıdır? Təsəvvür edirik ki, 20 il sonra Qarabağın müstəqilliyi (qondarma qurum-red.) beynəlxalq səviyyədə tanınmalıdır, yoxsa hələ də danışıqlar aparılmalıdır. Hər ikisi də seçimdir, amma biz hansı yolda olduğumuzu başa düşməliyik", - deyə Paşinyan təxribatçı açıqlamalar verməkdən çəkinməyib.

O qeyd edib ki, bu problemə dair danışıqlar apararkən, bu məsələnin mümkün həll yolları barədə bəzi fikirləri olub, lakin hələ də, heç bir Ermənistan liderinin problemi yalnız həll etmək hüququnun olmaması fikrində qalır.

"Bütün erməni milləti Qarabağ məsələsinin sahibidir. Qarabağ məsələsi milli ideologiyanın ayrılmaz tərkib hissəsi olmalıdır", - deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, bu açıqlamalar ATƏT-in vasitəçiliyi ilə keçirilən, Xarici İşlər nazirlərinin son Moskva görüşünün ruhuna və qəbul olunan tezislərə zərbədir, həmçinin danışıqların gələcək perspektivlərinə zidd xarakter daşıyır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Təxribat   Qarabağ  


Bizi "telegram"da izləyin