Cinsi zorakılığa məruz qalan erməni əsgərlər seçim etməlidir - Qulluğu davam etdirsinlər, ya yox?

2019/04/14476-1555937270.jpg
Oxunub: 4550     17:47     22 Aprel 2019    
Ermənistan ordusunda cinsi zorakılığa məruz qalan hərbi qulluqçular cəzalandırılır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunun cinsi zorakılığa məruz qalan "K" adlı hərbi qulluqçusu xidmətini cəzaçəkmə müəssisələrində, hərbi polisin müxtəlif şöbələrində və xəstəxanalarda keçirir.

Məlumata görə, 2018-ci il yanvarın 15-də Ermənistan ordusuna çağrılan hərbi qulluqçu işğal altında olan Qarabağın Ağdərə yaşayış məntəqəsindəki 49971 nömrəli, əhali arasında "İnternat" adlanan hərbi hissəyə göndərilib. O, həmin ay ərzində hərbi hissədə cinsi zorakılğa məruz qalıb, döyülüb və nəticədə psixoloji problemləri yaranıb.

Faktiki olaraq ki, Ermənistan dövləti əsgərin mühafizə olunmasına dair vəzifə öhdəliklərini yerinə yetirməyib.

Erməni əsgərin verdiyi izahata görə, ona Ağdərədəki həmin hərbi hissənin "Q" adlı zabiti təcavüz edib. Erməni zabit isə əsgərinin ona şər atdığını iddia edib. Hazırda təcavuzdə ittiham edilən zabit azadlıqdadır. Onun tezliklə hərbi rütbəsinin artırılacağına dair xəbərlər yayılır.

Əvvəlcə zərərəçəkən kimi tanınan hərbi qulluqçu isə hərbi polisdə azadlıqdan mərhum edilmiş vəziyyətdə saxlanılır. O, artıq ifadəsini dəyişməyə məcbur edilib.

Hazırda həmin hərbi qulluqçu yalan ifadə verməkdə ittiham edilir. Cinayət işi artıq məhkəməyə göndərilib. Son iclas noyabr ayının sonunda Xankəndi məhkəməsində baş tutub. Növbəti məhkəmə mayın 8-nə təyin edilib. Məhkəmə hakiminin dəyişdiyinə görə məsələnin yenidən sıfır nöqtəsindən başlayacağı ehtimal edilir. Bu hadisəni törədən zabitin hələ də dindirilmədiyi qeyd edilir. Bildirilir ki, son bir ayda erməni əsgəri dəhşətli işgəncələrə məruz qalıb. Hazırda Qarabağdakı hərbi hissələrdən birində xidmətini davam etdirir.

Zərərçəkənin vəkili Hayarpi Sarkisyan vəziyyətin acınacaqlı olduğunu qeyd edib. O, əsgərin tibbi müayinələrinə dair sənədlərinin ona verilmədiyini qeyd edib. Hərbi hissənin psixoloqu olmadığından, belə vəziyyətdə onun hərbi hisədə saxlanılmasını cinayət hesab edir.

Eyni zamanda qeyd edilir ki, yanvarın 14-də tabeliyindəki şəxsə qarşı zorakılıq etdiyinə görə "Q" adlı zabitə qarşı cinayət işi açılıb. Vəkil, tərəfindən Ermənistan Müdafiə Nazirliyinə, Baş prokurora və Baş nazirə məktub yazılaraq bu dəhşətli vəziyyəti izah etdiyini qeyd edib.

Sarkisyan, törətdiyi cinayətə baxmayaraq, zabitin azadlıqda gəzməsini əsgər üçün təhlükə hesab etdiyini vurğulayıb və bugünədək cavab almadığını qeyd edib.

Məhkəmə tibbi ekspertizası erməni əsgərinin hərbi hissədə öz iradəsinə zidd olaraq, cinsi təcavüzə məruz qaldığını təsdiq edib.

Ermənistan Müdafiə Nazirliyi isə baş verən hadisəni nəticəsiz qoyub. Nazir tərəfindən heç bir tədbir görülməyib, əksinə təcavüzə qalan hərbi qulluqçunun alçaldılaraq, təhqir edilərək hərbi hissədə saxlanılması davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Zorlanma  


Bizi "telegram"da izləyin