Ermənistanın sabiq Müdafiə naziri: “Qarabağın təhvil verilməsi tələb edilərsə, verməyəcəyik”

2019/04/14543-1555923696.jpg
Oxunub: 3924     14:18     22 Aprel 2019    
“Əlbəttə Qarabağın təhvil verilməsi tələb edilərsə, təhvil verməyəcəyik. Beynəlxalq formatlarda erməni lobbisinin imkanlarından istifadə etmək lazımdır”.

Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” xəbər agentliyinə müsahibəsində Ermənistanın sabiq Müdafiə naziri Vağarşak Harutyunyan bildirib.

Onun sözlərinə görə, real danışıqlar 2016-cı ilin aprel ayından dayandırılıb və həmin dövrdən sonra aparılan danışıqlardan söhbət gedə bilməz, yalnız danışıqların başlanılması naminə danışıqlar aparılıb.

O, BMT TŞ-nin işğal faktı ilə bağlı qəbul etdiyi qərarlarına da saymazyana yanaşıb: “Əlbəttə Qarabağın təhvil verilməsi tələb edilərsə, biz təhvil verməyəcəyik. Beynəlxalq formatlarda erməni lobbisinin imkanlarından istifadə etmək lazımdır. Azərbaycanın da eyni sahədə iş aparır, yatmır. Danışıqlarda iştirak edilməsinə gəldikdə isə, bu güzəştlərə getməyə hazır olmaq deməkdir. Güzəştlərə yalnız əsas məqsədə, yəni Qarabağın statusuna mane olmadığı halda getmək olar”.

Harutyunyan, həmsədrlərin heç kimin tərəfini tutmayacağını, əks halda vasitəçiliyinə son qoyula biləcəyini qeyd edib. Bundan başqa o, həmsədr ölkələrin bölgədə maraqlarının uzlaşmadığına da diqqət çəkib.

“ABŞ, yaxud Rusiya öz maraqlarını nəzərə alaraq heç biri Qarabağ münaqişəsini həll edə bilməz. Hazırda çətinliklə də olsa, tərəflər etimadın bərqərar edilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə dair razılığa nail olublar”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Ermənistanın sabiq Müdafiə naziri: “Qarabağın təhvil verilməsi tələb edilərsə, verməyəcəyik”

2019/04/14543-1555923696.jpg
Oxunub: 3925     14:18     22 Aprel 2019    