“ABŞ-RF qarşıdurması Qarabağ münaqişəsi prosesinə köçürülməməlidir” - Sarkisyan

2019/04/15595-1555919770.jpg
Oxunub: 12355     12:12     22 Aprel 2019    
ABŞ-ın Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin növbəti görüşünü Vaşinqtonda keçirmək arzusu qanunauyğundur.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Aram Sarkisyan “Sputnik Armenia”nın efirində bildirib.

Sarkisyan ABŞ tərəfinin dəvəti və arzusunda heç bir qəribə şey görmədiyini qeyd edib: “Amerika tərəfinin davranışı həmsədr dövlət kimi nümunədir. ABŞ-Rusiya arasındakı münaqişənin Qarabağ məsələsinə köçürülməsi bizim üçün sərfəli deyil”.

Onun fikrincə, Fransa tərəfindən də belə bir təklifin olması yaxşı hal olardı. Hər üç həmsədrlərin Qarabağ məsələsində razılığa gəlməsi və əməkdaşlıq edə bilməsi çox əhəmiyyətlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin