“Ermənistanın Qarabağla bağlı təklifləri qeyri-müəyyənlikləri artırır” - Trofimçuk

2019/04/23423-1555916520.jpg
Oxunub: 16372     11:10     22 Aprel 2019    
“İstənilən halda Ermənistanın irəli sürdüyü təkliflər Qarabağ danışıqları prosesində qeyri-müəyyənlikləri artırır və bununla da Azərbaycanı əsəbləşdirir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri beynəlxalq məsələlər üzrə mütəxəssis Qriqori Trofimçuk Müqəddəs Taxt Tacda, Portuqaliyada və Malta suveren ziyarətgahında Ermənistanın sabiq səfiri Mikayel Minasyanın “Nezavisimiya qazeta” nəşrindəki müəllif məqaləsinə toxunarkən deyib.

Trofimçuk, sabiq Ermənistan səfirinin Rusiyaya və Ermənistana yeni bir strateji tərəfdaşlığa girməsi üçün resurslarının birləşdirilməsi ehtimalına sahib olmağına işarə edərək, bu təklifin Rusiya üçün elə də asan və dinc bir zamanda edilmədiyini vurğulayıb.

“Xüsusilə SSRİ dövrünə və ya 2014-cü ildəki vəziyyətə nisbətən, bizi yalnız xarici siyasətdə deyil, həm də iqtisadiyyatda daha çox azad əllər birləşdirir. Nəzərə almaq lazımdır ki, hazırda Ermənistanın düşündüyü qədər Rusiyanın elə də çox resursları yoxdur”, - deyə Trofimçuk söyləyib.

Bu mənada politoloq, “Bəs Ermənistan Rusiya ilə münasibətləri yaxşılaşdırmaq naminə müəyyən çətinliklərə və məhrumiyyətlərə hazırdırmı?” sualını ortaya qoyub və qeyd edib ki, etimadı artırmaq üçün Rusiyanın da 2018-ci il mayın 8-də naməlum yollarla yeni Baş nazir seçimini nəzərə alaraq yeni Ermənistanın fəaliyyət istiqamətinə dair aydın təsəvvürü olmalıdır.

O, indiyədək Ermənistanın daxili və xarici siyasətindəki istiqamətinə dair Sergey Lavrovun suallarına Ermənistandan cavab verilmədiyini qeyd edib. Rusiyalı ekspert, bəzi digər sahələrdə, o cümlədən Ermənistan ərazisində Amerikanın bioloji laboratoriyalarının fəaliyyətinə dair məsələlərə də aydınlıq gətirilməsini vacib sayıb.

Ekspert, Serj Sarkisyan dövründə problemlərin əhəmiyyətli dərəcədə az olduğunu, onun heç bir şey tələb etmədiyini, sadəcə status-kvonu qoruyub saxlamağa çalışdığı və sakitcə Ermənistan-Azərbaycan danışıqlar masasına oturduğunu, lakin Nikol Paşinyanın, faktiki danışıqlar formatını dəyişməyə yönəlmiş bir sıra tələblər irəli sürdüyünü, bu fəallığın pərdəarxasında anlaşılmaz məqamlar olduğunu qeyd edib.

“İstənilən halda Ermənistanın irəli sürdüyü təkliflər Qarabağ danışıqları prosesində qeyri-müəyyənlikləri artırır və bununla da Azərbaycanı əsəbləşdirir. Bu hal Rusiya üçün əsasən əlverişli deyil”, - deyə ekspert vurğulayıb.

Xatırladaq ki, “Nezavisimiya qazeta” nəşrində yayımlanan ““İki dövlət, bir məqsəd” erməni –rus ittifaqının yeni memara ehtiyacı var” başlıqlı məqaləsində Mikayel Minasyan qeyd edib ki, bu gün erməni-rus münasibətlərində gələcəyə yönəlmiş strategiyanın yenidən baxılmasına zərurət var. O, bu qarşılıqlı münasibətlərə təmamilə yeni memar lazım olduğunu qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ   İşğal  


Bizi "telegram"da izləyin