Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Modus Vivendi" analitik təhlil mərkəzinin direktoru, erməni politoloq Ara Papyan mətbuat konfransı zamanı bildirib.
Papyanın sözlərinə görə, həmişə qeyd edilib ki, bu kimi məsələlər ümumxalq müzakirəsi vasitəsilə nəzərdən keçirilməlidir.
"Lakin biz müxtəlif mənbələrdən mənfi irəliləyiş barədə həyəcan təbili alırıq. 5 rayonun qaytarılması, qaçqınların qayıtması, qalanlarının isə sonra nəzərdən keçirilməsini nəzərdə tutan "Lavrov planı" masa üzərindədir. Niyə biz hər şeyi bizim hökumətdən öyrənə bilmərik? Qoy hökumət desin ki, belə bir şey yoxdur. Desin ki, məsələ bu yanaşmadan müzakirə edilməyib. Qarabağ məsələsi ən vacibdir, əgər orda məğlub olsaq, qalan heç bir şey artıq vacib deyil. Biz ölkəni itiririk", - deyə erməni politoloq xəbərdarlıq edib.
Alpər Mövludoğlu
Ordu.az