Ordu.az xəbər verir ki, bu barədə “168.am” saytına verdiyi müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə indiki danışıqlar prosesinin perespektivlərini qiymətləndirərkən Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi, tarix elmləri namizədi Aleksandr Skakov bildirib.

“Hazırda baş verənlər heç olmasa təmas xəttində sakitliyin qorunmasına, Dağlıq Qarabağ münaqişə zonasında müharibənin başlanması ehtimalının daha az olmasına yönəlib”, - deyə o əlavə edib.
Onun sözlərinə görə humanitar layihələr davam etməkdə olduğu müddətcə, tərəflərin indiki mövqeyi halında təmas xəttində vəziyyət sakit olacaq. Lakin bu müvəqqəti xarakter daşıyır və istənilən məqamda dayanaraq, toqquşmaların digər dalğası baş verə bilər.
“Bu mövqelər mövcud olduğu halda nizamlama prosesini nə gözləyir”, deyə səsləndirilən suala Skakov belə cavab verib: “Gələcəkdə müharibənin yenidən başlaması perspektivi var. Hazırda dediyim kimi təmas xəttini sakit saxlayan, davam edən başqa proses olduğuna görə bu baş vermir. Lakin bu proses dayana bilər. Belə olan halda qarşılıqlı güzəşt istəyi mühiti olmadığına görə müharibənin başlama ehtimalı artacaq”.
Alpər Mövludoğlu
Ordu.az