İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində komandirlərin təhqirli davranışlarına dözməyərək zabitlərə xəsarət yetirmə halları son vaxtlar çoxalıb.
Ordu.az xəbər verir ki, işğalçı ordunun bölmələrindən birində mübahisə zəmnində əsgər Artsrun Qukasyan zabitə xəsarət yetirib.
İzahatında mütəmadi olaraq zabit tərəfindən söyülərək təhqir olunduğunu bildirən əsgər A.Qukasyan hərbi polisin müstəntiqinin qərarı ilə 30 gün müddətinə həbs edilib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Zorakılıq