Erməni analar əsgər övladlarına dərman almaqdan yorulublar

2019/04/465_1-1555670448.jpg
Oxunub: 720     20:40     19 Aprel 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində baxımsızlıq səbəbindən hərbi qulluqçular arasında xəstələnənlərin sayı artmaqdadır.

Ordu.az xəbər verir ki, işğalçı ordunun hava hücumundan müdafiə bölməsinin iki əsgəri eyni gündə hərbi hospitala təxliyə edilib.

Tiqran Qazaryan və Artyom Şadağyan adlı hərbi qulluqçular hospitala yerləşdirildikdən sonra onların valideynlərinə bildiriblər ki, əgər övladlarının tez sağalması və normal hala gəlməsini istəyirlərsə dərman preparatları almalıdırlar.

Hospitaldakı şəraitdən və tibbi ləvazimatların çatışmazlığından gileylənən A.Şadağyanın anasının dediyinə görə, hər iki əsgər hələ uzun müddət həkim nəzarətində qalmaq məcburiyyətində olacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Xəstəlik  

Erməni analar əsgər övladlarına dərman almaqdan yorulublar

2019/04/465_1-1555670448.jpg
Oxunub: 721     20:40     19 Aprel 2019    