Ordu.az xəbər verir ki, polkovnik A.Gözəlyanın tabeçiliyində olan bölüklərdən birinin əsgəri “rezakla” barmağını kəsib.
Əsgəri tibb məntəqəsinə aparan hərbi qulluqçu B.Batincanyan tibb məntəqəsində hadisənin təsadüfən baş verdiyini deyib.
Bildirilir ki, guya əsgər bölük komandirinin tapşırığına əsasən dəftərxanada iş görərkən təsadüfən barmağını kəsib. Qanaxmanı dayandıra bilmədiklərindən əsgəri tibb məntəqəsinə yollamaq məcburiyyətində qalıblar. Tibbi yardım göstərən həkimlər yaraya bir neçə tikiş qoyublar.
Özünə xəsarət yetirən əsgərin vəziyyəti kafi qiymətləndirilir.
Ordu.az