Pompeo Qarabağ üzrə növbəti görüşün Vaşinqtonda keçirilməsini təklif edib

2019/04/mike--1555576122.jpg
Oxunub: 556     10:01     18 Aprel 2019    
"ABŞ tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün Vaşinqtonda görüşməyi təklif edib".

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Varşavada keçirilən mətbuat konfransında bildirib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara münasibət bildirən XİN başçısı aprelin 15-də Moskvada keçirilmiş görüşü xatırladıb.

"Bizə danışıqlarda irəliləyiş lazımdır. Deyə bilərəm ki, bu baxımdan elə də nikbin deyiləm, amma real danışsaq, səyləri ikiqat artırmaq lazımdır. Rusiya bunu edir, son görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak etdi. Dünən isə ABŞ-dan təklif aldıq. ABŞ dövlət katibi də danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir", - E.Məmmədyarov deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: XİN   ABŞ   Qarabağ  

Pompeo Qarabağ üzrə növbəti görüşün Vaşinqtonda keçirilməsini təklif edib

2019/04/mike--1555576122.jpg
Oxunub: 557     10:01     18 Aprel 2019    