Erməni əsgər anası: “Dedi ki, onsuz da öldürülmüş gətirəcəklər, sən öz əlinlə öldür”

2019/04/armen-1555573199.jpg
Oxunub: 2725     16:21     18 Aprel 2019    
“Övladım hərbi xidmətə getdikdən sonra daim narahat vəziyyətdə olub, bu cəhənnəmdən məni aparın deyə şikayət edirdi. Hərbi xidmətdən yayınmırdı, sadəcə deyirdi ki, məni ən axırıncı hərbi hissəyə də olsa aparın, burda saxlamayın”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri erməni əsgər anası Karine səsləndirib.

19 yaşlı, müddətli xidmət hərbi qulluqçusu əsgər Simon Cavrşyan 2014-cü ilin iyulunda hərbi xidmətə çağırılıb. İşğal altında olan Qarabağ ərazisində, Hadrutda dislokasiya olunan hərbi hissənin tərkibində Horadiz istiqamətindəki ön xətt mövqelərində qulluq edib. Qulluğa həvəslə getdiyi bildirilsə də, hərbi hissəyə daxil olduğu gündən, onu bu cəhənnəmdən xilas etməyə görə yalvarıb. Məlumata görə, erməni əsgər döyüş mövqeyində növbətçiliyi təhvil verdikdən 5 dəqiqə sonra öldürülüb.

Anası qeyd edir ki, oğlu daim Ermənistan Müdafiə Nazirliyinin telefon nömrəsini istəyərək, deyəcək sözünün olduğunu bildirsə də, lakin ona nə demək istədiyini bildirməyib. Övladının bildiyi hansısa məxfi məlumata görə öldürüldüyünü, hərbi hissədən kənara çıxmağa imkan verilmədiyini söyləyən Karine məsələ ilə bağlı Hadrutdakı hərbi hissədə olduğu, komandanlıqdan heç bir cavab ala bilmədiyini, artıq 3 ildir ki, hadisənin baş vermə səbəblərinin məlum olmadığını qeyd edib.

Saytın əməkdaşına baş verənlər barədə məlumat verən Karinenin sözlərinə görə, ölümündən əvvəl qarşıdan gələn 28 yanvar ordu günü münasibətilə cəbhədə diqqətli olmağı tapşırıb. O, yanvarın 22-də hərbi xidmətə yollanıb, fevralın 5-də döyüş növbətçiliyini təhvil verdikdən 5 dəqiqə sonra ölüb. Həmin gün Simon Cavrşyan geri hərbi hissəyə qayıtmalı idi.

Rəsmi məlumata əsasən, 2016-cı il fevralın 5-i saat 03:55 radələrində guya mövqelərimizdən açılan atəş nəticəsində baş nahiyyəsindən aldığı odlu silah yarası nəticəsində erməni əsgəri Simon Rafiki Cavrşyan yerindəcə keçinib. Polkovnik-leytenant Lala Bağdasaryan zəng edərək, rahat şəkildə övladının həyatını qurban verdiyini bildirib.

Erməni əsgərin valideynləri övladının mövqelərimizdən açılan atəş nəticəsində öldüyünə inanmır, çünki erməni komandir və müstəntiq də “Simon çox şey bilirdi” deyə şübhəli ifadəyə yol veriblər.

“Bir tərəfdən snayper atəşi, bir tərəfdən çox şey bilirdi deyirlər. Ölümündən bir neçə gün öncə ölən hərbi qulluqçunun ən yaxın dostu başqa hərbi hissəyə köçürülüb. Simon bildiyi vacib bir məsələyə görə zabitlər tərəfindən öldürülüb. “Andiçmə günü, atasının ayaqları önündə çökərək, deyirdi ki, onsuz da öldürülmüş gətirəcəklər, sən öz əlinlə öldür”, - deyə o vurğulayıb.

Hərbi ekspert Ruben Martirosyan qeyd edir ki, istintaq zamanı kifayət qədər səhvlərə yol verilib. O hesab edir ki, əsgər öldürülməmişdən əvvəl zorakılığa məruz qalıb. Ekspert onun bədənində 5 xəsarət yeri aşkarlandığını, məhkəmə tibbi ekspertizanın xəsarətlərin ölümündən 3-5 gün əvvəl yetirildiyinə dair rəy verdiyini qeyd edib.

Hərbi ekspert Martirosyan ekspertizanın tam aparılmadığını hesab edir. Hadisə yerinin müayinəsinin də tam aparılmadığını, faktların saxtalaşdırılmasına yol verildiyi qeyd edilir. Ölən erməni hərbi qulluqçunun anası mübarizəsini davam etdirəcəyini söyləyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Zorakılıq   Ölüm  

Erməni əsgər anası: “Dedi ki, onsuz da öldürülmüş gətirəcəklər, sən öz əlinlə öldür”

2019/04/armen-1555573199.jpg
Oxunub: 2726     16:21     18 Aprel 2019    