RF-nin birinci dərəcəli dövlət müşaviri: “Hamı bilir ki, yeni müharibəyə hazırlıq gedir”

2019/04/64564-1555572274.jpg
Oxunub: 2629     12:19     18 Aprel 2019    
“Humanitar təşəbbüslər nəticəsində, əlbəttə, girovlar yaxınları ilə görüş imkanı əldə edəcək, onlarla insanın taleyini yüngülləşdirəcək, lakin prinsipcə bu humanitar təşəbbüslər Minsk qrupu həmsədrlərinin təklif etdiyi prinsiplərin faktiki tanınması lehinə işləyir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Regnum” agentliyinin Baş redaktoru, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, politoloq Modest Kolerov aprelin 15-də Xarici İşlər nazirləri, Məmmədyarov-Mnatsakanyan-Lavrov arasında Moskvada baş tutan danışıqları, onun ardınca Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam edən görüşü şərh edərkən bildirib.

Rusiya KİV-lərinin yaydığı məlumata əsasən kənd təsərrüfatı işlərinin aparılması zamanı təmas xəttində sabitliyin təmin edilməsi, həmçinin qarşılıqlı olaraq azadlıqdan məhrum edilmiş şəxslərin yaxınları ilə görüşlərin təşkili sahəsində tədbirlərin görülməsi ilə bağlı humanitar təşəbbüslər barədə razılaşma əldə edilib. O cümlədən KİV nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil edilməsinə dair razılıq əldə edilib.

Kolerovun fikrincə, ən əhəmiyyəli məsələ odur ki, bu prinsiplər faktiki olaraq “Madrid prinsipləri”ni təkrar edir. Bu prinsiplər isə artıq işğal altında olan Qarabağda formalaşdırılan qondarma qurumun “xarici işlər naziri”nin dili ilə rədd edilib: “Bu prinsiplər Ermənistanın kapitulyasiyasına aparan, sadəcə bir pərdədir. Bunlar faktiki olaraq kapitulyasiyaya gətirib çıxaracaq qeyd edilən prinsiplərin tanınmasına aparır”.

“Son vaxtlar həmsədrlərin qeyd etdiyi “Madrid prinsipləri”ndən qəti şəkildə imtina edilməlidir. Ermənistan “Madrid prinsipləri”ndən imtina etmək əvəzinə kapitulyasiyaya aparan de-fakto bu prinsipləri legitimləşdirən hər hansı xırdalıqları, formalaşmaları müzakirə etməyə başlayır. Moskvanın bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Bəli atışmalar azalıb, ancaq müharibə uzaqda deyil, hamı bilir ki, yeni müharibəyə hazırlıq gedir. Bunu həm Bakıda, həm də İrəvanda bilirlər”, - deyə o vurğulayıb.

Rusiyalı politoloq bildirir ki, Ermənistan Müdafiə nazirinin bəyanatını nəzərə alsaq, Ermənistan hücum xarakterli müharibəyə hazırlaşır. Bununla yanaşı, o, Ermənistanın “Madrid prinsipləri”ndən imtina etməsini müharibənin bərpasına doğru atılan növbəti bir addım hesab etmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Madrid-prinsipləri   Qarabağ   Müharibə  

RF-nin birinci dərəcəli dövlət müşaviri: “Hamı bilir ki, yeni müharibəyə hazırlıq gedir”

2019/04/64564-1555572274.jpg
Oxunub: 2630     12:19     18 Aprel 2019    