"Qarabağla bağlı son razılaşmalar kağız üzərində qalmayacaq" - Lavrov

2019/04/15527-1555499630.jpg
Oxunub: 1906     14:18     17 Aprel 2019    
"Bakı və İrəvan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son razılaşmalar kağız üzərində qalmayacaq".

Ordu.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov serbiyalı həmkarı İviça Daçiçlə görüşdən sonra keçirdiyi mətbuat konfransında Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında baş tutan Moskva danışıqlarını şərh edərkən deyib.

“Moskvada bazar ertəsi günü keçirilən görüşün yekunlarına görə, humanitar tədbirlərə bağlı görüşün yekun birgə bəyanatında müfəssəl şəkildə qeyd olunub. Bu tədbirlərin məğzi vəziyyəti xüsusilə də əkinçilik işləri dövründə sabitləşdirmək üçün tərəflərin əlavə səylər göstərmək zərurətinə razılıq vermək, həbs yerlərində saxlanılanların yaxınları üçün onlarla görüşməyə gəlmələrinə rəvac vermək, habelə insanlar arasında, xüsusilə də media nümayəndələri arasında təmaslara dəstək verməkdir”, – Rusiyanın XİN başçısı vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin bu danışıqlar çərçivəsində həllinə dair 2016-cı ildə verilən təkliflərə toxunan S.Lavrov xarici işlər naziri Elmar Məmmədyarovun görüşün yekunlarına dair müsahibələrindən birində həmin təkliflərin müzakirə olunduğunu təsdiqlədiyini bildirib: “Həmin təkliflərin məğzinə gəlincə, həmsədr ölkələr Rusiya, Fransa, ABŞ rəhbərlərinin bir çox açıqlamasında təsbit olunmuş yanaşmalara uyğun gələn bu təkliflər tərəflər arasında ərazi bütövlüyü, xalqların müqəddəratının təyini, müdaxilələrə və güc tətbiqinə yol verməmək prinsiplərinə əsaslanan razılaşmalar əldə olunmasını ehtiva edir”.

Rusiyalı nazir dövlət başçılarının silsilə bəyanatlarını, habelə ATƏT Xarici İşlər Nazirləri Şurasının son iclasında qəbul olunmuş bəyanatları misal gətirib: “Orada işlərin bütün təməl istiqamətləri göstərilir. Təfərrüatlar isə təbii ki, məxfidir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Qarabağ  


Bizi "telegram"da izləyin