“Lavrov 2016-cı il planına qayıdıb?” - Tarasov

2019/04/10281-1555486514.jpg
Oxunub: 661     11:31     17 Aprel 2019    
Ötən gün Moskvada Azərbaycan, Ermənistan, Rusiya Xarici İşlər nazirləri və ATƏT Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinə həsr edilmiş görüş baş tutub.

Ordu.az xəbər verir ki, “Regnum” xəbər portalında yayımlanan “Dağlıq Qarabağ, Lavrov 2016-cı il planına qayıdıb?” başlıqlı məqaləsində politoloq Stanislav Tarasov bu məsələyə toxunub.

O, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun bəyanatına əsaslanaraq bu fikri səsləndirdiyini qeyd edib. Məmmədyarov danışıqlardan sonra kifayət qədər dürüst olaraq, 2016-cı ildə Rusiya tərəfinin təklif etdiyi layihə əsasında müzakirələr apardıqlarını qeyd edib.

“Geniş mövzu üzrə danışıqlar olub. Danışıqlar prosesinə bu günə qədər maneə törətmiş məsələlər müzakirə olunub. Tam irəliləyiş barədə deyə bilmərəm, amma Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik.

2016-cı ildə Rusiyanın təklif etdiyi plan ətrafında müzakirələr aparılıb. Təbii ki, bir görüşdə bütün məsələlər həll edilə bilməz. Bu görüşün uğuru ondadır ki, biz hansı problemlərin olduğunu, hansı problemlərin həll olunmalı olduğunu başa düşdük.

Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr apardıq. Danışıqları davam etdirmək barədə qərar qəbul olunub", - deyə Məmmədyarov jurnalistlərlə söhbətində ifadə edib.

Tarasov xatırladıb ki, 2016-cı ildə Moskva “Lavrov Planı” adlı bir ssenari təklif edib. Bu plan Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi halında Azərbaycanın işğal olunmuş torpaqların azad edilməsini nəzərdə tuturdu.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İşğal   Lavrov-planı  

“Lavrov 2016-cı il planına qayıdıb?” - Tarasov

2019/04/10281-1555486514.jpg
Oxunub: 664     11:31     17 Aprel 2019    