Rusiyalı ekspert: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni dinamika var”

2019/04/Alexe-1555411577.jpg
Oxunub: 690     15:47     16 Aprel 2019    
“Hazırda yalnız bir şeyi iddia etmək olar, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni dinamika var. Prosesi ölü nöqtədən tərpətmək üçün imkanların necə olduğunu isə, zaman göstərəcək”.

Ordu.az xəbər verir ki, bunu, danışıqlar prosesinə və Moskvada rus tərəfinin təşəbbüsü ilə baş tutan nazirlərin görüşünə toxunarkən, rus politoloq Aleksey Martinov bildirib.

“Biz yəqin bu kimi addımları və görüşləri diqqətlə dəyərləndirməliyik. Belə ki, keçən 20 il ərzində bizim gözümüzün qarşısında ən yüksək səviyyədə Dağlıq Qarabağ münaqişəsini ölü nöqtədən tərpətmək üçün bir neçə cəhdlər olub. Biz görmüşük ki, bir sıra cəhdlər uğursuz olmaqla yanaşı, təmas xəttində 5 günlük toqquşmada proses donma vəziyyətinə gəldi. Buna görə də dəyərləndirmələrimdə diqqətli olacam.

Hesab edirəm ki, prosesin ölü nöqtədən tərpədilməsi üçün növbəti cəhdin münaqişə tərəfləri və zəmanətçi ölkələr tərəfindən təşəbbüs göstərildiyini deməkdən başqa vəziyyətin dəyərləndirilməsi barədə danışmaq hələ tezdir”, - deyə Martinov bildirib.

Rusiyalı politoloq həmçinin qeyd edib ki, birgə humanitar layihələrin həyata keçirilməsi danışıqlar prosesinə müsbət təsir göstərəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Münaqişə  

Rusiyalı ekspert: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni dinamika var”

2019/04/Alexe-1555411577.jpg
Oxunub: 691     15:47     16 Aprel 2019    