Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində iri sahibkar Silva Hambartsumyan, Aram Harutyunyanın rüşvət verməsi üzrə cinayət işinin yenidən açılması ilə bağlı deyib.
Robert Koçaryan və Manvel Qriqoryan tərəfindən ona qarşı iddia qaldırılmasına toxunan Silva Hambartsumyan qeyd edib ki, hələ cinayət işləri üzrə bildirişlər almayıb.
Jurnalistlərin "Manvel Qriqoryanın uşaqlara təcavüz etdiyini iddia etməyə davam edirsinizmi?" sualına Hambartsumyan belə cavab verib: "Bunu mən özümdən icad etməmişəm, mətbuatdan öyrənmişəm".
Alpər Mövludoğlu
Ordu.az