Ordu.az xəbər verir ki, bu sözləri Baş nazir Novruz Məmmədov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zaman deyib.
Baş nazir qeyd edib ki, bu halların aradan qaldırılması üçün işğal olunmuş ərazilərdə iqtisadi-maliyyə fəaliyyətlərinin, pul köçürmələrinin, sərmayə yatırımlarının qarşısı alınmalıdır.
"Azərbaycan tərəfindən sözügedən vəziyyətə nəzarət edilməsi məqsədilə müvafiq qara siyahılar tərtib olunub. Bununla bağlı Azərbaycan işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslərin mənsub olduğu ölkələri müvafiq tədbirlər görməyə çağırır".
Ordu.az