Ordu.az xəbər verir ki, bunu Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zaman deyib.
Ə.Həsənov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində narkotik vasitələrin əkilməsi, istehsalı və tranzit bazasının yaradılması, terrorçu qrupların yaradılması və onlara təlim keçərək digər ölkələrdə münaqişə zonalarına göndərilməsi təhlükənin miqyasının nə qədər böyük olduğunu göstərir və bunun təkcə region deyil, bütün dünya üçün ciddi təhdid yaratması aydın görünür.
Ordu.az