“Ermənistan Qarabağ danışıqlarına yeni hərbi doktrina ilə gedəcək” – Erməni politoloq

2019/04/Nikol-1555141544.jpg
Oxunub: 4315     12:42     13 Aprel 2019    
“Bu da Ermənistanın hərbi doktrinasında müdafiədən başqa, həm də hücum tərkibli bəzi dəyişikliklərin baş verdiyini sübuta yetirir”.

Ordu.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Vigen Hakobyan qarşıdakı Mnatsakanyan-Məmmədyarov görüşünü şərh edərkən deyib.

Onun fikrincə, Moskvada baş tutacaq görüşdən Qarabağ məsələsi ilə bağlı ciddi nəticələr gözləmək yersizdir.

“Tərəflərin mövqeləri yaxınlaşmadığından bu barədə danışmaq hələ tezdir. Onlar hazırda qarşılıqlı etimad mexanizmlərini tətbiq etmək imkanına diqqət yetirirlər. Yalnız etimadsızlıq mühitinin aradan qaldırılmasına dair atılan addımlardan sonra daha ciddi şeylərdən - sənədlərdən və prinsiplərdən danışmaq olar”, - deyə Hakobyan bildirib.

Hakobyan, Qarabağ münaqişəsinin nizamlanmasında olan 3 prinsip və 6 elementi (“Madrid prinsipləri”) aydınlaşdırmaq üçün beynəlxalq ictimaiyyətdən izahat tələb etməsi ilə bağlı Paşinyanın keçmiş bəyanatına diqqət çəkir: “Əslində, Baş nazir bu prosesin sülh yolu ilə həllində vasitəçilərin bəyanatlarından razı deyil”.

Məhz iki liderin görüşməsindən sonra politoloqun fikrincə, “danışıqların bir tərkib hissəsi” olan Ermənistanın və Azərbaycanın Müdafiə nazirlərinin kəskin ifadələri səslənməyə başladı.

“Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü müsbət qiymətləndirildikdən sonra hər iki ölkədə bu görüşlə bağlı bir narahatlıq yarandı. Həm Ermənistan, həm də Azərbaycan cəmiyyətində bəzi əlverişsiz sazişlər barədə müəyyən şübhələr meydana gəldi”, - deyə Hakobyan vurğulayıb.

Erməni politoloqun sözlərinə görə, hərbi qurumların bəyanatları, ilk növbədə, vətəndaşları sakitləşdirmək üçün çağırışdır. Bundan əlavə, o, erməni tərəfinin müəyyən taktiki məqamını gördüyünü qeyd edir.

“Yerli auditoriya ilə yanaşı, erməni tərəfi də məqsədinin sülh olduğunu nümayiş etdirir, lakin hər yolla buna nail olmağa hazırlaşmadığını nümayiş etdirməklə taktikasını dəyişdiyi də istisna edilmir”, - deyə Hakobyan vurğulayıb.

Onun sözlərinə görə, bu da Ermənistanın hərbi doktrinasında müdafiədən başqa, həm də hücum tərkibli bəzi dəyişikliklərin baş verdiyini sübuta yetirir. Buna son zamanlar hərbi sahədə ən son satınalmalar, Ermənistanın Su-30SM çoxməqsədli təyyarələri satın alması sübutdur.

“Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin qarşıdakı görüşü, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə bağlı görüşə gəldikdə isə Moskva göstərir ki, region onun strateji maraqları çərçivəsində qalır. Rusiya tərəfi “ilk skripkaçı” rolundan imtina etmək niyyətində deyil.

Yalnız bir sual yaranır, bütün bunlar digər həmsədr ölkələrlə nə dərəcədə razılaşdırılıb? Ancaq tarix göstərir ki, həmsədrlər bəzən moderator rolunu bir-birinə ötürür. Görüşlər Kazan, Vyana, Paris və dünyanın digər şəhərlərində keçirilib”, - deyə o fikirlərinə son verib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş aprelin 15-də Moskvada baş tutacaq. Görüşdə, həmçinin Rusiyanın XİN rəhbəri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi iştirak edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Hərbi-doktrina   Qarabağ   İşğal  

“Ermənistan Qarabağ danışıqlarına yeni hərbi doktrina ilə gedəcək” – Erməni politoloq

2019/04/Nikol-1555141544.jpg
Oxunub: 4316     12:42     13 Aprel 2019    