Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov ilə görüşündə söyləyib.
“Rusiyanın mövqeyini bilirsiniz. Biz bu problemin sülh yolu ilə həll edilməsi üçün bütün mümkün səylərimizi istifadə edirik, çünki başqa bir həll yolu yoxdur”, - deyə Matviyenko bildirib.
Matviyenko xatırladıb ki, tezliklə Moskvada Ermənistan, Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşü keçiriləcək.
“Düşünürəm ki, addım-addım, birlikdə kompromisə gəlməyə nail olacağıq, bunu davam etməklə, həll yolu taparıq. Mən əmin edirəm ki, Rusiya bu məsələyə diqqətini azaltmayacaq”, - deyə Matviyenko əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az