İrəvan münaqişənin həlli ilə bağlı Bakıya verdiyi təklifləri açıqlamır

2019/04/ECC8C-1555052836.jpg
Oxunub: 794     11:38     12 Aprel 2019    
Ermənistan hökuməti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli məsələsində Azərbaycana edilən təkliflərin detallarını açıqlamaqdan yayınır.

Ordu.az "Aysor.am" saytına istinadən xəbər verir ki, bu ilin mart ayında Ermənistanın Baş naziri Nikol Paşinyan "Euractiv" agentliyinə verdiyi müsahibəsində münaqişənin nizamlanması barədə danışarkən erməni tərəfinin sülh danışıqları prosesinə yeni məzmun qatmaq istədiyini və təkliflərini həmsədrlər vasitəsilə Azərbaycan tərəfinə təqdim etdiyini bildirib.

Aysor.am agentliyi erməni hökumətindən Azərbaycana hansı təkliflərin verildiyinə və nə cavab aldığına dair açıqlama verilməsini xahiş edib. Buna cavab olaraq Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi gizlidir və buna görə də ətraflı məlumat verilməsindən çəkinirlər.

Qeyd edək ki, Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə qarşıdakı rəsmi görüş aprelin 15-də Moskva şəhərində hər iki ölkənin Xarici İşlər nazirləri arasında baş tutacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

İrəvan münaqişənin həlli ilə bağlı Bakıya verdiyi təklifləri açıqlamır

2019/04/ECC8C-1555052836.jpg
Oxunub: 795     11:38     12 Aprel 2019    