Erməni ekspertdən təxribatçı açıqlama: “Ərazilərin genişləndirilməsinə hazırıq”

2019/04/90981-1554984381.jpg
Oxunub: 6446     16:19     11 Aprel 2019    
“Ermənilər təkcə müharibəyə yox, həm də ərazilərin genişləndirilməsinə hazırdır”.

Ordu.az xəbər verir ki, Tert.am saytına verdiyi müsahibəsində erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Hayk Nahapetyan Vyanda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündən sonra hər iki ölkənin Müdafiə nazirlərinin səsləndirdiyi kəskin bəyanatlara münasibət bildirib.

“2016-cı il geniş miqyaslı aprel müharibəsini nəzərdən keçirsək, bu mühribədən əvvəl Ermənistan və Azərbaycan prezidentlərinin ABŞ yüksək vəzifəli məmurları ilə görüşdüyünü yada salmaq olar. Sanki bu görüşlərdə münaqişənin həlli üçün bəzi işlərin aparılması ilə bağlı real məqsədlər vardı. Lakin hər iki prezidentin ABŞ-da olduğu halda 1 aprel tarixindən 2 aprel tarixinə keçən gecə döyüş başladı”, - deyə erməni ekspert qeyd edib.

Geniş miqyaslı hərbi əməliyyatların nə demək olduğunu izah etməyə çalışan Nahapetyan, ehtimal edilən müharibə zamanı neft infrastrukturlarına zərbə endirilə biləcəyi ilə bağlı sərsəm fikirlər də səsləndirib: “Azərbaycanda geniş hakimiyyətə malik olan “British Petroleum” şirkətinin maraqları zərər görəcəyinə görə ən azı bu şirkətin səssiz razılığı olmalıdır, lakin neft quyularına, infrastrukturuna zərbə endirilməyəcəyinə dair zəmanət yoxdur”.

O bildirib ki, faktiki olaraq hərbi qurumların rəhbərləri sərt mövqelərini nümayiş etdirməklə təbliğat meydanına daxil olublar.

“Ermənilər təkcə müharibəyə yox, həm də ərazilərin genişləndirilməsinə hazırdır” - deyə o əslində Ermənistan hərbi-siyasi rəhbərliyinin təcavüzkar planlarını təsdiqləyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin