Bu sözləri
Ordu.az-a açıqlamasında rusiyalı hərbi ekspert Vladislav Şurıqin, Ermənistan müdafiə və təhlükəsizlik üzrə parlament daimi komitəsinin sədri Andranik Koçaryanın 1999-cu il oktyabrın 27-də erməni parlamentinə hücumun Vladimir Putinin əmri ilə Rusiya xüsusi xidmət orqanlarının təşkil etdiyi barədə bəyanatını şərh edərkən bildirib.

Şurıqin, həmçinin Ermənistanda Rusiya dövlət kanalının yayımının məhdudlaşdırılması və Rusiya Dövlət Turizm və Servis Universitetinin İrəvan filialının bağlanması ilə bağlı məsələlərə də toxunub.
“Bütün bu addımlar İrəvan üçün çox pis qurtaracaq. Rusiya-Ermənistan münasibətlərinin soyumasının davam etməsinə mən kifayət qədər sakit yanaşıram, çünki Ermənistanın bizim üçün ən mənasız müttəfiq olduğunu düşünürəm. Belə olan halda isə Ermənistan öz geosiyasi mövqeyini ciddi şəkildə yenidən nəzərdən keçirmək məcburiyyətində qalacaq. Ən azından Azərbaycandan işğal etdiklərini geri qaytarmalı olacaq", - deyə Şurıqin bildirib.
Ordu.az