Xarici İşlər nazirləri aprelin 15-də Moskvada görüşəcəklər

2019/04/94023-1554970882.jpg
Oxunub: 25378     12:19     11 Aprel 2019    
"Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri aprelin 15-də Moskvada görüşəcəklər".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan NEWS.am saytına açıqlamasında bildirib.

"Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində baş tutan hər bir görüşün vaxtı və məkanı barədə razılaşdırılmış qaydada məlumat veririk. Bu baxımdan sizə məlumat vermək istəyirəm ki, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin növbəti görüşü 15 aprel tarixində Moskvada keçiriləcək. Bu dəfə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin Xarici İşlər naziri kimi, Rusiya Xarici İşlər naziri Sergey Lavrov da görüşdə iştirak edəcək", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   Qarabağ   Moskva  


Bizi "telegram"da izləyin