Daha üç erməni əsgər xidmət yerindən qaçıb

2019/04/14604-1554970627.jpg
Oxunub: 7745     12:16     11 Aprel 2019    
İşğal altında olan yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında xidmət yerindən özbaşına qaçma hallarının sayı artmaqda davam edir.

Ordu.az xəbər verir ki, 2018-ci ilin 2-ci yarısında orduya çağrılan Seryoja Nersisyan hələlik məlum olmayan səbəbdən xidmət yerini özbaşına tərk edib.

Digər bir xəbərdə isə bildirilir ki, hərbi hissənin tibb məntəqəsində stasionar müalicə alan hərbi qulluqçular Nareq Qaroyan və Gevorq Minosyan qaçıblar.

Hər üç hərbi qulluqçu düşmən ordusun 5-ci dağ atıcı alayının əsgərləridir. Tibb məntəqəsindən qaçan hərbçilərin isə döyüldüyü iddia olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin