Ordu.az “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbə bildirib.
Mənbənin məlumatına görə, bu söz-söhbətlərdən Qarabağda da xəbərdardırlar və Köçəryanın öz namizədliyini irəli sürməsinə qarşı deyillər. Qeyd edilir ki, bu halda o, ya Ermənistanda həbsdə saxlanılacaq, ya da məcburi şəkildə azad olunacaq.
Nəşr, məlumatı dəqiqləşdirmək üçün Robert Köçəryanın ofisinə cavabdeh Viktor Soğomonyana müraciət ünvanlasa da, o məlumatı nə təsdiq, nə də təkzib edib: “Mən bu məlumatı ilk dəfə eşidirəm”.
Alpər Mövludoğlu
Ordu.az