Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Vahid Ermənistan” partiyasının qurucusu Artur Qazinyan deyib.
Qazinyan, Qarabağ müanqişəsinin danışıqlar prosesi ətrafında baş verən yeniliklərə münasibət bildirərək qeyd edib ki, Paşinyanın səsləndirdiyi bəyanatlarla bağlı öncədən dəstək əldə olunmayıb və nəticədə elə bir vəziyyət yaranıb ki, bəyan edilən bir şeyi həyata keçirmək mümkün olmur.
O, martın 29-da baş verən Vyana görüşünün nəticələrinə toxunarkən bu görüşü danışıq hesab etdiyini bildirib: “Təəssüratları hələ bölüşməyə tələsməzdim, çünki məlumat azdır. Bu kimi istənilən görüş həmişə hadisələrin həqiqətdə nə baş verdiyi gedişatını izləyir. Lakin bu vəziyyətdə, deyəsən sızma yoxdur, görüş prosesinin qərarları və onun məzmunu haqqında iki tərəfin hakimiyyət nümayəndələri tərəfindən aparılan siyasət və edilən bəyanatlardan məlumat əldə edilə bilər... Artıq yeni Vyana gündəmi təsdiq edilir və bu sanki, köhnə Madrid prinsipləri üzərinə əsaslanıb”.
Alpər Mövludoğlu
Ordu.az