Çexiya Müdafiə naziri: "Qarabağ münaqişəsi tərəflərinə silah satmırıq"

2019/04/IMG_2-1554815852.jpg
Oxunub: 13351     17:15     09 Aprel 2019    
"Haubitsaları Çexiya yox, üçüncü tərəf tədarük edib. Çexiya beynəlxalq embarqonun tələblərinə, xüsusən də ATƏT-in Dağlıq Qarabağ münaqişəsi regionunda silah tədarükünə dair qoyduğu məhdudiyyətə əməl edir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Çexiyanın Müdafiə naziri Lyubomir Metnar İrəvanda erməni həmkarı David Tonoyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Metnar bildirib ki, Çexiya hökuməti Dağlıq Qarabağ münaqişəsi regionunda silah tədarükünə qoyulan embarqoya əməl edir və münaqişə tərəflərinə silah satmır.

"Haubitsaları Çexiya yox, üçüncü tərəf tədarük edib. Çexiya beynəlxalq embarqonun tələblərinə, xüsusən də ATƏT-in Dağlıq Qarabağ münaqişəsi regionunda silah tədarükünə dair qoyduğu məhdudiyyətə əməl edir. Biz həm Ermənistan, həm də Azərbaycandan eyni məsafədə uzaq və yaxınıq, Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə dəstək veririk", - deyə çexiyalı nazir qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   DANA   Qarabağ  


Bizi "telegram"da izləyin