Aşotyandan Paşinyan və Mnatsakanyana suallar: “Vyanada hansı razılıq əldə edilib?”

2019/04/10647-1554709737.jpg
Oxunub: 13100     12:19     08 Aprel 2019    
“Mövcud templərlə və aşağı səviyyəli iş keyfiyyəti ilə bağlı olaraq Ermənistan 2017-ci ilin noyabr ayında olan üstünlüyünü itirə bilər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın sabiq hakim partiyası olan Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan, Brüsseldə Moqerini-Məmmədyarov həmsədrliyi ilə Aİ-Azərbaycan əməkdaşlıq şurasının iclasının keçirilməsinə diqqət çəkərək, bu iclasın nəticələrinin Ermənistanda diqqət mərkəzində olmasının vacibliyini vurğulayıb.

O, öz “Facebook” səhifəsində narahatlıqlarını sıralayıb və Ermənistanın XİN rəhbərinə, Baş nazirinə suallar ünvanlayıb.

1. Bir neçə dəfə qeyd etdiyim kimi, Aİ-Azərbaycan arasında məhz fəaliyyətdə olan Avropa komissiyası dönəmində imzalanacaq yeni müqaviləyə hazırlıq aparılır. Qeyd edim ki, bizim üçün Qarabağ münaqişəsinin nizamlanması məsələsinin necə formalaşdırılması və Ermənistanla imzalanmış razılaşmaya uyğun olub-olmaması maraqlıdır? XİN-dən bugünədək cavab gözləyirik.

2. Ehtimal etdiyim kimi, Aİ Azərbaycanda insan haqlarına görə öz münasibətini yumşaldır. Qlobal maraqlar daha önəmli olmağa başlayır, buna görə də bizim Baş nazirə deyin ki, demokratik çevrilişə çox da ümid eləməsin.

3. Aİ Əliyev-Paşinyan arasında son görüşə müsbət yanaşıb, humanitar və əhalinin sülhə hazırlanması sahəsində əldə edilmiş razılaşmaları qısa vaxtda həyata keçirməyə çağırıb. Razılaşın ki, bizim burda Baş nazirə dəqiq suallarımız var ki, konkret olaraq Vyanada hansı razılığı əldə ediblər?

4. Azərbaycan qazının Aİ-yə tədarükü məsələsi daimi diqqət mərkəzindədir. Xatırladım ki, bu tədarükün 2020-ci ildən həyata keçirilməsi nəzərdə tutulur. Öz növbəsində bu, Ermənistan üçün xüsusilə də Avropanın cənubunda və Balkanlarda problemlər yaradacaq”, - deyə Aşotyan qeyd edib.

Aşotyan əlavə edib ki, mövcud templərlə və aşağı səviyyəli iş keyfiyyəti ilə bağlı olaraq Ermənistan 2017-ci ilin noyabr ayında olan üstünlüyünü itirə bilər. Bundan yayınmaq üçün o, real islahatlara keçməyi, diplomatik, o cümlədən parlament fəaliyyətini fəallaşdırmağı tövsiyyə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aşotyan   Qarabağ   Paşinyan    


Bizi "telegram"da izləyin