Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu işğal altında olan Qarabağdakı erməni ordusunun qanunsuz hərbi birləşmə komandirinin sabiq müavini Samvel Karapetyan (Oqanovski) söyləyib.
İlham Əliyevlə Paşinyan arasında martın sonlarında Vyanada keçirilən görüşünün nəticələrini dəyərləndirən Karapetyan bildirib ki, münaqişə tərəfləri arasında sülhün bərqərar olması barədə yekun müqavilə imzalanmayanadək, müharibənin başlama ehtimalı gündəmdə qalmaqda davam edir.
O, Əliyev-Paşinyan görüşünün nəticələri və ATƏT-in Minsk Qrupunun bəyanatına münasibət bildirərkən vurğulayıb ki, müharibə ilə müqayisədə danışıqlar daha yaxşı variantdır.
Davit Tonoyanın ABŞ-da “yeni müharibə, yeni ərazilər” bəyanatına münasibətdə isə Karapetyan qeyd edib ki, bu sualın ünvanı o olmasa da, daim müharibəyə hazır olmaq vacibdir.
Ermənistan ordusundan artıq təxris edilən general Samvel Karapetyan bildirib ki, veteranlar birliyinə rəhbərlik etməyə davam edəcək.
Alpər Mövludoğlu
Ordu.az