Tərtərdə kənd evinin həyətində F-1 qumbarası tapılıb

2019/04/34534-1554527866.jpg
Oxunub: 28284     09:43     06 Aprel 2019    
Tərtər rayonu, Hüsənli kəndi ərazisində əl qumbarası tapılıb.

Ordu.az Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən xəbər verir ki, məlumat ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilıb və 1 ədəd F-1 əl qumbarası aşkar olunaraq, zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tərtər   ANAMA   F-1  


Bizi "telegram"da izləyin